Menu

Almaniya, suriyalı qaçqınlara 20 milyon avro köməklik göstərəcək

20.09.2015, 15:43
Almaniya, suriyalı qaçqınlara 20 milyon avro köməklik göstərəcək

Xarici KİV-in məlumatına görə, Almaniya Federativ Respublikası (AFR) hökuməti suriyalı qaçqınlara 20 mioyon avro həcmində təxirəsalınmaz köməklik göstərəcək. Bu barədə AFR-in iqtisadi əməkdaşlıq və inkişaf naziri Herd Müllerin «Welt am Sonntag» qəzetində dərc olunmuş müsahibəsində xəbər verilir (TASS).

«Bu, Yaxın Şərq bölgəsində 500 min suriyalı qaçqını 3 ay müddətində ərzaq məhsulları ilə təmin etməyə imkan yaradacaq. Mən, ümid edirəm ki, digər ölkələr də bizim bu nümunəmizi təkrarlayacaqlar» - deyə, nazir əlavə edib.

Qaçqınlara kömək etmək üçün bu vəsait Ümumdünya Ərzaq Proqramı (ÜƏP - WFP) üzərindən çatdırılacaq. Müller xəbər verib ki, onun başçılıq etdiyi nazirlik hal-hazırda qaçqınlara birbaşa kömək üçün nəzərdə tutulmuş 1 milyard avrodan artıq vəsaitin bölüşdürülməsi ilə məşğuldur. O, ÜƏP üçün mövcud vəsait çatışmazlığını dəf etmək yolunda beynəlxalq birliyə çağırış edib.

«Biz, belə bir faktı qəbul edə bilmərik ki, qaçqınları yeində ərzaqla təmin etmək üçün BMT-nin vəsaiti qurtarır» - deyə, nazir bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol