Menu

Suriyaya getmək istəməyən rus əsgərləri “dövlətə xəyanət”də ittiham olunur

20.09.2015, 15:48
Suriyaya getmək istəməyən rus əsgərləri “dövlətə xəyanət”də ittiham olunur

Suriyaya göndərilməsi planlaşdırılan bəzi hərbçilərin mətbuatla əlaqəyə keçməsi və aldadıldıqlarını deməsindən sonra, Rusiyanın təhlükəsizlik xidmətləri hərbçilərin sorğusuna başlayıb.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, “Komanda 29” vəkil qrupunun rəhbəri İvan Pavlov bildirib ki, yazılı əmr olmadan Suriyaya göndərilməsi planlaşdırılan və bu “ezamiyyət”ə etiraz edən müqaviləli hərbçilər Federal Təhlükəsizlik Xidməti tərəfindən ciddi nəzarətə alınıb.

Bu hərbçilərin davamlı dindirmə və təhdidlərə məruz qaldığını, hərbi hissədən kənara buraxılmadığını deyən Pavlov valideynlərin də ciddi narahat olduğunu, amma dövlət qurumları tərəfindən bir açıqlama verilmədiyini deyib.

Onun sözlərinə görə, maddə açıqlanmasa da, söhbətlərdən narazı hərbçilərin “dövlətə xəyanət”də ittiham olunduğu sezilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol