Menu

Yunanlar gələcəklərini öz əllərinə almaq istəyir - VİDEO

20.09.2015, 20:33
Yunanlar gələcəklərini öz əllərinə almaq istəyir - VİDEO

Yunanıstanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə təxminən 9 milyon 837 min vətəndaşa səsvermə hüququna malikdir.ANS TV-nin məlumatına görə, seçkiqabağı ictimai rəy sorğularının nəticələrinə görə,Aleksis Tsiprasın rəhbərlik etdiyi solçu “SİRİZA” koalisiyası əsas rəqibi olan “Yeni Demokratiya” partiyasını 1 faiz qabaqlayır. Sabiq baş naziri hesab edir ki, bugünkü seçkilərin, yunanların gələcəyini öz əllərinə almasına kömək edəcək:

“Yunanıstan xalqı seçkilərdə iştirak etməsilə başqalarına onun yerinə seçim etməyə imkan verməyəcək. Xalq öz gələcəyini öz əllərinə alacaq və yeni eraya keçid edəcək. Bu isə sabitliyin və inkişafın davamlı olması üçün bir imkandır. Xalqın seçkilərdə iştirakı növbəti 4 il ərzində ehtiyacı olan güclü hökumətin formalaşdırılması üçün imkan yaratdı”.

Bu gün baş tutan seçkilərdə iştirak edən seçicilərə isə 14 partiya və 5 seçkiqabağı birlikdən ibarət birpalatalı parlamentə 4 il müddətinə 300 üzv seçmək təklif olunur.

Növbədənkənar seçkilər partiya siyahısı üzrə keçirilir. Çünki bundan əvvəlki parlament seçkilərindən hələ 18 ay keçməyib.

Buna görə də, seçicilər dəstəkləmək istədikləri partiyanı seçəcək. Partiya namizədlərinin soyadı qarşısına işarə qoya bilməyəcəklər. Əks halda, bülleten etibarsız sayılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol