Menu

PKK liderlərindən biri də öldürüldü

21.09.2015, 18:28
PKK liderlərindən biri də öldürüldü

Türkiyənin Tunceli vilayətində PKK-nın liderlərindən biri məhv edilib. Türkiyə mediasınını məlumatına görə, PKK-nın “Dersim əyalət komandiri” sayılan və təşkilatın silahlı qanadı HPG-nin hərbi şurasının üzvü “Baran Dersim” kod adlı İsmayıl Aydemir öldürülüb.

Təhlükəsizlik güclərinin həyata keçirdiyi əməliyyatda təşkilatın daha 3 silahlısı zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol