Ankarada polis tərəfindən Fətullahçı terror qruplaşması (FETÖ) ilə əlaqədə olduğu irəli sürülən 4 təhsil müəssisəsində axtarışlar aparılıb.
AzPolitika.info-nun “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Axtarışlara “Özel Samanyolu Eğitim Kurumları”, “Özel Atlantik Ahmet Ulusoy kampüsü”, “Özel Nurettin Topçu İlköğretim Okulları” ilə “Atlantik Eğitim Kurumları” adlı müəssisələr cəlb olunub.
“Fətullahçı Terror Qruplaşması” işi ilə bağlı Ankara Prokurorluğunun tələbi və məhkəmə qərarı ilə Terrora Mübarizə Şöbəsinin dəstələri dörd təhsil müəssisəsinə eyni zamanda göndərilib.
Axtarışlar zamanı müxtəlif sənədlər, kompyuter və “hard disk”lər müsadirə olunub.
Özel Atlantik Ahmet Ulusoy düşərgəsindəki axtarışlar zamanı polislərə mane olmağa çalışan bir nəfər saxlanılıb.


Şərhlər