Bəşər Əsədə qarşı döyüşən Suriyanın müxalifət qüvvələri Rusiyanı “yeni Əfqanıstanla” hədələyib. Musa vat.com-un məlumatına görə, bu barədə “Reuters” internet vasitəsilə ilə əlaqə saxladığı bir neçə müxalif döyüşçüyə istinadən xəbər verib.
Onların fikrincə, Suriyada Rusiyanın fəallığı Fars körfəzi ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanından hərbi köməyin artırılmasına gətirəcək.
Döyüşçülər həmçinin, Rusiyanın müdaxiləsinin bir neçə ağır nəticəyə gətirəcəyini bildiriblər: birincisi, konflikt daha bir neçə il uzanacaq; ikincisi, münaqişə Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinə birbaşa təsir edəcək.
“Rusiya yeni Əfqanıstan qazanması ilə riskə gedir. Onlar bura qoşunla gələcəklər, ancaq tabutda geri qayıdacaqlar” - deyib döyüşçülərdən biri.


Şərhlər