Menu

Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub

21.09.2015, 23:36
Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub

Moqadişoda Somali prezidentinin iqamətgahı qarşısında güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 10-dan çoxu yaralanıb.

Hadisə yerində 5 avtomobil yanaraq külə dönüb.

İlkin ehtimala görə, terrorçuların hədəfində partlayışdan bir az əvvəl iqamətgahdan çıxan BMT-nin avtomobil konvoyu olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol