Menu

Rus kəşfiyatının böyük təhlükəsi - VİDEO, FOTO

22.09.2015, 00:49
Rus kəşfiyatının böyük təhlükəsi - VİDEO, FOTO

Rusiya Hərbi Kəşfiyyatının keçmiş əməkdaşı polkovnik Genadi Kravtsov vətənə xəyanətə görə 14 il həbs cəzası alıb.ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat verib.

Genadi Kravtsov Rusiya kosmik kəşfiyyatı haqqında məlumatları İsveçə ötürməkdə ittiham olunub.

"Onun işində əsas məsələ İsveç Müdafiə Nazirliyinin Radiotexnika mərkəzinin rəsmi saytına elektron poçtla istiqamətləndirdiyi faktlar olub. Kravtsov Rusiya kosmik kəşfiyyatının fəaliyyəti haqqında informasiyanı onlara ötürüb", - deyə xəbərdə deyilir.

Keçmiş polkovnik Genadi Kravtsov

Federal Təhlükəsizlik Xidməti qeyd edib ki, bu məlumatlar dövlət sirri məxfiliyi dərəcəsiylə "məxfi" və "son dərəcə gizli" kimi səciyələndirilir. Kravstovun isveçlilərə “Tselina-2” adlı kosmos texnologiyası ilə bağlı məlumatları verdiyi iddia olunur. Moskva Şəhər Məhkəməsi Kravtsovaya vətənə xəyanət ittihamı ilə 14 il həbs cəzası verib. Məhkəmə həmçinin onun polkovnik rütbəsinin alınmasına da qərar verib.

“Tselina-2” kosmos texnologiyası

Məhkəmə hökmündə müqəssirin etdiyi əməllərin tamamilə sübut edildiyi qeyd olunub. Məhkəmə prosesi işin materiallarının məxfiliyinə görə qapalı rejimdə keçirilib.

Genadi Kravtsov həyat yoldaşı ilə

Kravtsovun həyat yoldaşı Alla ərinin əsassız olaraq həbs edildiyini bildirərək Genadinin günahsız olduğunu qeyd edib. Onun sözlərinə görə, əri 2014-cü il mayın 27 həbs edilib."O mağazaya düşmüşdu , evə qayıdan kimi, qapı döyüldü. Yeddi nəfər evimizdə axtarış apararaq onu həbs edib apardı. Genadinin günahı yoxdur. O, işsiz qaldığı vaxt iş tapmaq məqsədi ilə İsveçə məktub yazıb. Məhkəmənin qərarından etiraz edəcəyik",- deyə Alla Kravtsova bildirib.

Телеканал "Звезда"

Экс-сотрудника ГРУ Геннадия Кравцова приговорили к 14 годам за госизмену

21 сентября 2015, 14:37

Бывший разведчик Геннадий Кравцов приговорен к 14 годам колонии строгого режима. Мосгорсуд признал его виновным в государственной измене, сообщает «Интерфакс».... Подробнее »

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol