Menu

PKK-ya qarşı əməliyyat: çox sayda ətək müsadirə olundu - FOTO

22.09.2015, 09:17
PKK-ya qarşı əməliyyat: çox sayda ətək müsadirə olundu - FOTO

PKK terrorçular əsasən iznsiz aksiyalar zamanı ətəklərdən və qadın geyimindən istifadə edirlər.

Türkiyənin Muş vilayətində təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Anspress-in yertli mətbuata istinadən verdiyi məlumata görə, Varto rayonu polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı terrorçuların iznsiz aksiyalarda istifadə etdiyi müxtəlif vasitələr ələ keçirilib.

Əlində "molotof kokteyli" olan ətək geyinmiş terrorçu

PKK terror qruplaşmasının gənclər təşkilatı YDG – H-yə yönəlmiş əməliyyatda istifadəyə hazır 41 ədəd “molotof kokteyli”, 1 bidon benzin, həmçinin çox sayda ətək və müxtəlif geyimlər ələ keçirilib.

Qeyd edək ki, PKK terror təşkilatının üzvləri və dəstəkçiləri əsasən iznsiz aksiyalar zamanı ətəklərdən və qadın geyimindən istifadə edirlər. terrorçuların bu cür geyimlərlə polisə və təhlükəsizlikqüvvələrinə qarşı hücumları dəfələrlə təhlükəsizlik kameralarına yaxalanıb. Bundan əvvəl isə bu cür hallara İstanbul şəhərinin məşhur Taksim meydanında keçirilən “Gəzi parkı” aksiyalarında təsadüf edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol