Menu

Parlament seçkilərində exit-poll keçirmək üçün müraciət edən yoxdur

22.09.2015, 13:06
Parlament seçkilərində exit-poll keçirmək üçün müraciət edən yoxdur

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı exit-poll üçün hələ ki müraciət edən olmayıb.

Bu haqda modern.az saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Parlament seçkilərində exit-poll keçirtmək üçün müraciət daxil olduğu gündən başlayaraq 10 gün müddətində həmin müraciətlərə MSK-da baxılır, onun təqdim olunma səbəbləri araşdırılır və müvafiq təşkilatın akkreditasiyadan keçməsi barədə əsaslandırıcı qərar qəbul edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol