Menu

ATƏT PA: Azərbaycandakı seçkilərlə bağlı yekun qərar verilməyib

22.09.2015, 15:10
ATƏT PA: Azərbaycandakı seçkilərlə bağlı yekun qərar verilməyib

ATƏT Parlament Assambleyası (PA) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyib-izləməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Bu barədə APA-ya ATƏT PA-nın kommunikasiya direktoru Riçard Solaş bildirib. Onun sözlərinə görə, hələlik yekun qərar verilməyib: “Qərar yayımlanacaq press-relizlə açıqlanacaq”.

Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyini bəyan edib.

Seçkilər noyabrın 1-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol