Menu

Azərbaycanlılar pulunu Türkiyədə əmlaka yatırır - 500-dən çox mənzil

23.09.2015, 10:35
Azərbaycanlılar pulunu Türkiyədə əmlaka yatırır - 500-dən çox mənzil

2015-ci ilin yanvar-avqust aylarında Türkiyədə əcnəbilərə satılan mənzillərin sayı barədə məlumat açıqlanıb.

"Marja" Türkiyə mətbuatına istinadənə xəbər verir ki, bu ilin 8 ayı ərzində Türkiyədə Azərbaycan vətəndaşlarına 512 mənzil, o cümlədən avqust ayında 54 mənzil satılıb.

Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan əcnəbilər arasında 7-ci yerdədir.

Türkiyədə əcnəbilər tərəfindən ən çox mənzil İstanbul, Antaliya və Bursada alınır.

Qeyd edək ki, əcnəbilərin Türkiyədə satın aldığı mənzillərin sayı yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artımla 14 min 424 təşkil edib.

2015-ci ilin yanvar-avqust aylarında Türkiyədə əcnəbilərə mənzil satışı:

Ölkə Yanvar-Avqust

İraq 2 432

Səudiyyə Ərəbistanı 1 691

Rusiya Federasiyası 1 444

Küveyt 1 426

İngiltərə 673

Almaniya 533

Azərbaycan 512

İran 472

Ukrayna 404

İsveç 375

Qazaxıstan 368

Norveç 332

Liviya 312

Əfqanıstan 307

Birləşmiş Ərəb Əmirlikləri 218

Qətər 188

Misir 160

Çin 150

Yəmən 147

İordaniya 144

Digər ölkələr 2 245

Cəmi: 14 533

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol