Türkiyədə PKK-nın siyasi qanadı Xalqların Demokratiyası (HDP) 1 noyabr seçkiləri ilə bağlı kampaniya zamanı ölkənin qərb vilayətlərində partiya bayrağı və plakatlardan istidadə etməyəcək.
AzPolitika.info-nun “Sabah” a istinadən verdiyi məlumata görə, HDP-nin ideoloqlarından olan Sırrı Süreyya Önder, Sezai Temelli, Meral Danış Beştaş, Saruhan Oluç və Ayhan Bilgen yeni seçki strategiyaları və şüarlar üzərində işləyirlər.
Bildirilir ki, HDP-nin seçki bəyannaməsi oktyabrın 2-də açıqlanacaq. Keçən seçkilərdə “Bizlər Məclisə” şüarı ilə iştirak edən HDP bu dəfə “Bizlər hökumətə”, “Bizlər idarəyə” , eləcə də “Sülh qazanacaq” şüarlarından istifadə etməyi planlaşdırır.


Şərhlər