Menu

Milli Məclisə seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlandı

23.09.2015, 17:29
Milli Məclisə seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlandı

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, MSK-nın 18 sentyabr iclasının protokolu təsdiq edilib.

Daha sonra bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O deyib ki, seçki bülletenlərinin sayı 5 milyon 344 min 431 ədəd olacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol