Xarici KİV-in yaydığı məlumata görə, Rusiya son günlərdə Suriyaya göstərdiyi hərbi-texniki yardımı daha da gücləndirməyə başlayıb. Bu barədə «İnterfaks»a Suriyanın Moskvadakı səfiri Riad Haddad danışıb.
Bununla bərabər, səfir Rusiyaya məxsus hərbi təyyarə və vertolyotların Latakiya şəhərində görünəcəyini istisna etməyib.
O, əlavə edib ki, Suriya hakimiyyəti öz ölkəsində Rusiya hərbi bazalarının yerləşdirilməsini alqışlayardı. Belə addım ölkədə terrorçuluğa qarşı yönələrdi.
AzPolitika.info


Şərhlər