Menu

Avropa İttifaqı Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq

23.09.2015, 23:54
Avropa İttifaqı Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq

Avropa İttifaqı miqrantların problemlərini həll etmək üçün Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nın miqrasiya ilə bağlı fövqəladə sammitində iştirak edən Avropa Parlamentinin rəhbəri Martin Şults bildirib.

“Türkiyə, İordaniya və Livana ərazilərində məskunlaşan miqrantlara görə maliyyə dəstəyi alacaqlar. Söhbət təqribən 3 milyard avronun ayrılmasından gedir. Bu ölkələr miqrantların əsas ehtiyaclarını ödəmək üçün lazımi maliyyə dəstəyi almasa, problem həll edilməyəcək”, deyə M.Şults bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol