Türkiyə Suriya konfliktinin sülh yolu ilə nizamlanmasında Bəşər Əsədin iştirakını mümkün sayır. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Mümkündür ki, bu proses Əsədsiz keçsin və ya keçid dövründə onun iştirakı ilə davam eləsin” – Ərdoğan qeyd edib. Lakin Türkiyə lideri bu zaman dəqiqləşmə də edib: “Heç kim Suriyanın gələcəyini Əsədlə görmür”.
Xatırladaq ki, indiyədək rəsmi Ankaranın, həmçinin də Qərb ölkələri və İran körfəzinin ərəb ölkələrinin mövqeyi belə idi ki, Suriya hökuməti sülh prosesindən kənarda saxlanmalıdır, Bəşər Əsədin istefası isə nizamlamanın şərtidir.
Ancaq son zamanlar Qərb dövlətləri Əsədin “keçid dövrü” üçün hakimiyyətdə qalmasını mümkün sayır, ancaq hesab edir ki, yekunda o, istefaya getməlidir.


Şərhlər