Menu

Lukaşenko son 10 ildə ilk dəfə ABŞ-a səfər edəcək

26.09.2015, 11:28
Lukaşenko son 10 ildə ilk dəfə ABŞ-a səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 26-29-da ABŞ-da işgüzar səfərdə olacaq.

APA-nın "112.ua" saytına istinadən məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytı xəbər verib.

“Prezident A.Lukaşenko Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edəcək. Bundan başqa, dövlət başçısının digər ölkə liderləri ilə ikitərəfli danışıqları nəzərdə tutulub. Prezident A.Lukaşenko həmçinin BMT-nin baş katibi Pan Qi Mun və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseynlə görüşəcək”, məlumatda deyilir.

Qeyd edək ki, bu, Lukaşenkonun ABŞ-a son 10 ildə ilk səfəridir.

Kuba lideri isə son 15 ildə ilk dəfə olaraq ABŞ-a səfər edib. Bundan əvvəl, Raul Kastronun qardaşı Fidel 2000-ci ildə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol