Ukrayna prezidenti Pyotr Poroşenko Krım tatarlarının lideri olan Mustafa Cəmilovu Antikorrupsiya Siyasəti Məsələləri üzrə Milli Şuranın sədri vəzifəsinə təyin edib.
Axar.az xəbər verir ki, bu barədə informasiya Ukrayna prezidentinin saytında yerləşdirilib. Cəmilovun müavini vəzifəsinə isə Prezident Administrasiyası rəhbərinin müavini Andrey Taranov təyin edilib.


Şərhlər