Menu

Gürcüstanda azərbaycanlılar ayağa qalxdı - Foto

26.09.2015, 15:49
Gürcüstanda azərbaycanlılar ayağa qalxdı - Foto

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılardan ibarət Qaracalar kəndində yerli əhali yaşadıqları sosial problemlərin həllini tələb edir. Onların sözlərinə görə, problemlərdən biri içməli su xəttinin lazımi qaydada çəkilməməsi və bu səbəbdən də xəttin vaxtaşırı sıradan çıxmasıdır.

Kənd sakini Asim Xəlilov anspress-ə bildirib ki, kənddə içməli su problemi var. Kəndin ayrı-ayrı yerlərinə fasilələrlə su verilir. Məcburiyyətdən suyu da pulla almalı olurlar. Kənd camaatının, əsasən də gənclərin həllinə çalışdıqları digər məsələ isə idmanla məşğul ola biləcəkləri məkanın olmamasıdır. Onların sözlərinə görə, idman kompleksinin tikintisi üçün vəsait ayrılsa da bu işlər yerinə yetirlməyib.

Kənd camaatı etiraz edirir

Kənd icra nümayəndəsi Gümrah Əliyev anspress-ə açıqlamasında gənclərin sözügedən məsələdə haqlı olduqlarını deyərək, problemin yaxın zamanda həllinə nail olacaqlarına söz verdi. İcra nümayəndəsi həmçinin bildirdi ki, hər ilin əvvəlində təsdiqlənən büdcədən ayrılmış vəsait yalnız əhalinin daha çox ehtiyac duyduğu istiqamətlərdə xərclənir. Gələn ilki vəsaitin xərclənməsində bu kimi məsələlər yer alacaq. Onun sözlərinə görə, hələ kiçik stadionun tikilişi nəzərdə tutulur. Bundan əlavə kənddə uşaq bağçası da yoxdur. Bu problemi də həll etmək üçün orta məktəbi uşaq bağcasına çevirmək planlaşdirilir ki, bunun üçün də gələn il büdcədən 60 min manat ayrılacaq.

Gümrah Əliyev- Kənd icra nümayəndəsi

O ki qaldı içməli su xəttinin nasazlığı ilə bağlı şikayətlərə, icra nümayəndəsi ANS PRESS-ə bildirdi ki, bununla əlaqədar da məsələ qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol