Menu

Rusiya, Suriya, İran və İraq birgə İnformasiya mərkəzi yaratdı!

26.09.2015, 23:12
Rusiya, Suriya, İran və İraq birgə İnformasiya mərkəzi yaratdı!

Rusiya KİV-nin məlumatına görə, Rusiya, İran, Suriya və İraq Bağdadda birgə İnformasiya mərkəzi yaradıb. Bu, «İslam dövləti» ilə mübarizəni koordinasiya etmək üçün lazım gəlib («Exo Moskvı»).

Burada dörd ölkənin hərbi mütəxəssisləri Yaxın Şərqdəki münaqişə barədə bütün informasiyaları toplayıb, analiz edəcəklər. Moskvadakı hərbi-diplomatik mənbənin «İnterfaks» agentliyinə bildirdiyinə görə, əldə olunmuş məlumatlar Suriyanın, Rusiyanın, İranın və İraqın Baş qərargahına ötürüləcək. Onun sözlərinə görə, Mərkəzə hər üç aydan bir - rotasiya qaydası ilə dörd dövlətin silahlı qüvvələrinin zabitləri başçılıq edəcəklər.

Məlumata görə, yaxın üç ayda Mərkəzə rəhbərlik işini İraq tərəfi öz üzərinə götürəcək. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, informasiya mərkəzinin yaradılması beynəlxalq terrorçuluqla, ilk növbədə, «İslam dövləti» ilə mübarizədə olduqca əhəmiyyətli addımdır.

Bununla bərabər, yaxın gələcəkdə mərkəzin fəaliyyəti, onun əsasında hansısa bir koordinasiya komitəsinin formalaşması üçün şərait yaradacaq.Mənbənin sözlərinə görə, komitənin əsas məqsədi əməliyyatların planlaşdırılmasından və Rusiya, Suriya, İraq və İran silahlı qüvvələri bölmələrinin idarə edilməsindən ibarət olacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol