Menu

Türkiyə Silahlı Qüvvələri 15 terrorçunun cəsədini tapdı

27.09.2015, 19:50
Türkiyə Silahlı Qüvvələri 15 terrorçunun cəsədini tapdı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında PKK terror təşkilatına məxsus 11 fərqli nöqtədə sığınacaq və anbarın yerinin dəqiqləşdirildiyini, 15 terrorçunun isə cəsədinin ələ keçirildiyini açıqlayıb.

APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, açıqlamada qeyd edilib ki, Şırnakda keçirilən əməliyyat nəticəsində 15 terroçunun cəsədi ilə birlikdə xeyli sayda silah-sursat da götürülüb.

Eyni zamanda PKK terror təşkilatından qaçan 5 nəfər də silahsız və təchizatsız olaraq təhlükəsizlik əməkdaşlarına təslim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol