Ukrayna prezidenti Pyotr Poroşenko BMT Təhlükəsizlik Şurasının işini effektsiz hesab etdiyini söyləyib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Nyu-Yorkda Kliknton Fondundakı konfransda bildirib.
“Krımın ilhaqı və şərqdəki aqressiyadan sonra aydın idi ki, müharibədən sonrakı təhlükəsizlik sistemi işləmir. BMT Təhlükəsizlik Şurası işlək deyil və effektsizdir” – qeyd edib Poroşenko.
Bundan əlavə, Ukrayna prezidenti “Avropa milləti olub-olmamağımızla bağlı Putindən icazə almaq ideyasına nifrət edirəm” deyib.
“Ukrayna dünyadan iki şey umur – Transatlantik birliyin yaradılması və Kiyevlə həmrəylik” – vurğulayıb preziden


Şərhlər