Menu

“Dəqiq bilirəm ki..." - Putin

28.09.2015, 11:33

3e5c59480c7ebde38983976583a300edRusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın roluna dair dəqiq məlumatı var.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ-da CBS və PBS telekanallarına müsahibə verən V.Putin Yanukoviçin rəqiblərinə ABŞ-dan dəstək verilməsini Vaşinqtonun da gizlətmədiyini deyib.

Yanukoviçin devrilməsi ilə ABŞ-ın bağlılığının olub-olmamasına dair dəqiqləşdirici suala Putin belə cavab verim: “Mən bunu dəqiq bilirəm. Və biz bilir ki, Yanukoviçi devirən adamlarla kim, harda və nə vaxt görüşüblər, onları necə dəstəkləyib, nə qədər pul ödəyib,necə, hansı ərazilərdə və ölkələrdə hazırlayıblar və bu instruktorlar kimlər olub. Biz hər şeyi bilirik. Açığı, bizim amerikalı tərəfdaşlarımız artıq bunu gizlətmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol