2015-ci ilin Yanvar-Avqust aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 14 milyard 82 milyon 177 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 32.83% azalmışdır.
Bu ilin 8 ayı ərzində idxal əməliyyatları üzrə 5 milyard 898 milyon 690 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 5.09% artmışdır), İxrac əməliyyatları üzrə 8 milyard 183 milyon 487 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 46.69 % azalmışdır) ticarət dövriyyəsi qeydə alınmışdır.
Yanvar – Avqust aylarında xarici ticarətdə 2 milyard 284 milyon 797 min dollar müsbət saldo yaranmışdır.

Şərhlər