Türkiyədə PKK terrorçularının son günlər daha da fəallaşdığı Diyarbəkir ərazisinə Şanlıurfadan tankların daşınması başlayıb.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Şanlıurfadan TIR-ların üstündə gətirilən 20 tank və zirehli maşınlar 7-ci diviziyanın sərəncamına verilib.
Tankların gəlişi yerli əhalinin də diqqətini çəkib. Bu barədə əlavə şərh verilməyib.


Şərhlər