Menu

PKK terroru davam edir: 2 hərbçi şəhid oldu

30.09.2015, 08:59

pkk50Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident Hakkari bölgəsinin Semdinli rayonunda qeydə alınıb.

Məlumata görə, terrorçular Şemdinli-Yuksekova avtomobil yolunda partlayıcı qurğunu hərbi maşın keçərkən işə salıblar.

Təhlükəsizlik qüvvələri terrorçuların müəyyən edilərək məhv edilməsi istiqamətində irimiqyaslı əməliyyat keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol