Menu

Azərbaycan bu reytinqdə iki pillə geriləyib

30.09.2015, 09:32
Azərbaycan bu reytinqdə iki pillə geriləyib

Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) hazırladığı rəqabətqabiliyyətlilik reytinqində 40-cı yeri tutub.

Ötən il ilə müqayisədə Azərbaycan (2014-cü ildə 38-ci yeri tutub) iki pillə geriləyib.

Ümiumilkdə, reytinqdə 140 ölkə yer alıb.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında ən yüksək yeri tutub. Belə ki, Qazaxıstan 42-ci, Rusiya 45-ci, Gürcüstan 66-cı, Ukrayna 79-cu, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü yerdə qərarlaşıb.

Reytinqə İsveçrə başçılıq edir, ikinci və üçüncü yerləri Sinqapur və ABŞ tuturlar. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol