Menu

Ukrayna prezidenti öz gələcəyini Avropa Parlamentində görür

30.09.2015, 12:04
Ukrayna prezidenti öz gələcəyini Avropa Parlamentində görür

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, prezidentlik müddəti bitəndən sonra Avropa Parlamentinin Ukraynadan olan üzvü olmaq istəyir.

AzPolitika.info-nun “İnterfax”a istinadən verdiyi məlumata görə, Pyotr Poroşenko Nyu-Yorkda Kolumbiya Universitetinin tələbələri qarşısında çıxış edərkən, Ukraynanın Avropa İttifaqına lazım olduğunu deyib.

“Məndən bir dəfə soruşdular: prezidentlik müddətiniz bitəndən sonra nə ilə məşğul olmaq istərdiniz? Mən dedim ki, parlament üzvü olmaq istəyirəm, Avropa Parlamentinin”, - deyə Poroşenko vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol