Menu

ABŞ Rusiya əsgərləri ilə əlaqələri bərpa edir

30.09.2015, 13:05
ABŞ Rusiya əsgərləri ilə əlaqələri bərpa edir

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın Nyu-Yorkdakı görüşündən sonra ABŞ müdafiə naziri Eşton Karter Amerika və Rusiya əsgərləri arasında əlaqələrin bərpa olunması əmrini verib.

AzPolitika.info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, Pentaqon sözçüsü Piter Kuk bildirib ki, bu əlaqənin detalları və dəqiq vaxtı yaxında təyin olunacaq.

O qeyd edib ki, ABŞ və Rusiya prezidentlərinin görüşündə qərara alınmış Suriyada İŞİD-ə qarşı mübarizə üzrə əməkdaşlıq, informasiya mübadiləsi və koordinasiya işləri bu dialoqlar zamanı müzakirə olunacaq.

Kukun sözlərinə görə, İŞİD-ə qarşı mübarizə Suriyanın mövcud rəhbərliyini dəstəkləmədən də aparıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol