Rusiya Federasiyası Kommunistlər Partiyası (KPRF) Dövlət Dumasında iqtidar partiyası olan “Vahid Rusiya”nın Dövlət Dumasında üstünlük təşkil etməsinə görə Konstitusiya Məhkəməsinə müraciət edib.
AzPolitika.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, KPRF-in hüquqşünası Vadim Solovyev bildirib ki, hakim partiyanın uzun illərdir parlamentdə 50 faizdən çox yer tutması monopoliya əlamətidir və totalitarizmi əks etdirir.
Onun sözlərinə görə, Dumada yeni kvota tətbiq olunmalı və bir partiyaya 47 faizdən çox yer tutmaq imkanı verilməməlidir.


Şərhlər