Menu

Fransanın Azərbaycandakı səfiri xələfinin adını açıqladı

30.09.2015, 15:47
Fransanın Azərbaycandakı səfiri xələfinin adını açıqladı

Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez olacaq. Bunu Trend-ə Fransanın Azərbaycandakı indiki səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, A.Buşez Avropa İttifaqının Qazaxıstanda xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, vəzifə səlahiyyətləri yaxın vaxtlarda başa çatan P.Mönye 2012-ci ilin iyulunda Fransanın Bakıdakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol