Fransada Suriya prezidenti Bəşər Əsədin bəşəriyyətə qarşı cinayətləri ilə bağlı istintaq başlayıb.
AzPolitika.info-nun AFP-yə istinadən verdiyi məlumata görə, məhkəmə sistemindəki mənbələr 2011-2013-cü illərdə baş verən hadisələrlə bağlı istintaq aparıldığını bildirib.
Təhqiqat materiallarının əsasən 2013-cü ildə Suriyadan qaçan Sezar ləqəbli fotoqrafın çəkdiyi şəkillərdən ibarət olduğu deyilir. Həmin fotoqraf Suriyadakı hadisələrlə bağlı 55 mindən çox fotoşəkil çəkib.
Fransa XİN başçısı Loran Fabius da bildirib ki, rəsmi Paris lazımi tədbirlərin görülməsi üçün məsuliyyət daşımağa hazırdır.


Şərhlər