Rusiya Suriyada ilk hava zərbəsini endirib. AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə CNN-ə məlumatlı mənbələr bildirib.
Qeyd olunur ki, Rusiya HHQ-sinin ilk aviazərbəsi Suriyanın qərbindəki Xoms vilayətinə endirilib.
“Reuters” agentliyi isə xəbər verir ki, aviazərbələr Suriya ordusu tərəfindən Xomsun kənd ərazilərinə endirilib. Agentlik bombardıman nəticəsində 6 uşaq da daxil olmaqla, 27 nəfərin öldürüldüyünü və onlarla insanın yaralandığını bildirib.
Xatırladaq ki, bu gün Rusiya Federasiya Şurası Suriyada Rusiya HHQ-dən istifadəyə icazə verib.
AzPolitika


Şərhlər