“Taliban” döyüşçülərinin ələ keçirdiyi Kunduz şəhərini geri almaq üçün mühasirə əməliyyatına NATO-nun xüsusi təyinatlı hərbçiləri də qoşulub.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Əfqanıstanda ABŞ qüvvələrinin sözçüsü Brain Tirbus bildirib ki, koalisiya qüvvələri yerli əfqan qoşunlarına texniki dəstək və məsləhət formasında kömək edirlər.
Lakin polkovnik NATO hərbçilərinin sayı və yerləşmə nöqtələri barədə məlumat verməyib.
Adının açıqlanmasını istəməyən bir Əfqanıstan rəsmisi isə bildirib ki, Kunduz şəhərinin mühasirəsinə qatılan əcnəbilər amerikalı, britaniyalı və almaniyalı hərbçilərdir. Mənbə həm NATO hərbçiləri, həm də yerli mühafizə dəstələri ilə birlikdə mühasirədə 7 minə yaxın hərbçinin iştirak etdiyini qeyd edib.
Əməliyyatda NATO və ABŞ təyyarələrinin də havadan əfqan hərbçilərinə dəstək verdiyi əlavə olunur.


Şərhlər