Menu

AXCP sədrinin müşaviri həbs olundu

30.09.2015, 22:18
AXCP sədrinin müşaviri həbs olundu

AXCP sədrinin müşaviri Məmməd İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə partiyanın sədr müavini Gözəl Bayramlıya Nərimanov Rayon Polis İdarəsindən telefon vasitəsilə Məmməd İbrahim özü məlumat verib.

Məmməd İbrahim günortadan sonra Nərimanov rayonu, 18-ci polis bölməsinə çağırılıb. O, partiya yoldaşları ilə birlikdə bölməyə gedib. Cəbhəçilər bir neçə saat onu bölmənin qarşısında gözləsələr də, xəbər çıxmayıb. Sonradan xəbər tutublar ki, Məmməd İbrahimi bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparılıb. İdarəyə gedən cəbhəçilərə isə oradan heç bir məlumat verilməyib. Hətta Məmməd İbrahim içəridə olduğu halda, ora belə bir adam gətirilmədiyi bildirilib. Yalnız gecə saat 23 radələrində Məmməd İbrahimin özünün telefon vasitəsilə məlumat verməsindən sonra məsələ aydınlaşıb.

Qeyd edək ki, cinayət işi Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanıb. O, iddia edir ki, guya, Məmməd İbrahim küçədə ona hücum edərək vurub.

Onun ərizəsi əsasında Məmməd İbrahim əvvəlcə sentyabrın 29-da 18-ci polis bölməsinə çağırılmış, təxminən iki saat saxlanıldıqdan sonra izahatı alınaraq buraxılmışdı. Amma xəbərdarlıq edilmişdi ki, yenidən çağırılacaq. (Azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol