Menu

Sumqayıt sakinini qatar vurdu

01.10.2015, 22:12
Sumqayıt sakinini qatar vurdu

Dəmiryol xəttini keçmək istəyən Sumqayıt şəhər sakini Natiq Namazovu qatar vurub.

"Kəpəz" TV ("Region" TV) xəbər verir ki, hadisə bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəmiryol xəttinin Dəllər stansiyası ərazisindən keçən hissəsində baş verib.

Xəsarət alan şəxs Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər yaralını əməliyyat edib, onun bir qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol