Menu

Rusiyada gənclərin üçdə biri xaricə üz tutur

02.10.2015, 12:21
Rusiyada gənclərin üçdə biri xaricə üz tutur

Rusiyanın 817 mindən çox vətəndaşı ikili vətəndaşlığa malikdir və gəncliyin minimum üçdə biri öz gələcəyini xariclə bağlayır.

AzPolitika.info-nun “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş nazir müavini Olqa Qolodets deyib.

“Bu gün bizdə rəqəmlər var ki, Rusiyada nə qədər insan ikili vətəndaşlığa və ya xaricdə yaşayış icazəsinə malikdir. Ancaq seçilmiş şəxslərin dar çevrəsi olmadığını hamımız anlayaq deyə, bu rəqəmləri səsləndirəcəyəm: 817 min rusiyalı ikili vətəndaşlığa malikdir, 157 min nəfərin isə xarici ölkələrdə yaşayış icazəsi var”, - deyə baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, Rusiyada hər üç gəncdən biri artıq öz gələcəyini xarici ölkələrdəki şirkətlərlə bağlayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Federal Miqrasiya Xidməti ikinci vətəndaşlıq barədə məlumat verməyən vətəndaşları 7 milyon rubl cərimə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol