Menu

Deputat Etibar Hüseynov seçkiyə qatılmaqdan imtina etdi

02.10.2015, 13:23
Deputat Etibar Hüseynov seçkiyə qatılmaqdan imtina etdi

Deputat Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq. Lent.az xəbər verir ki, bu barədə E.Hüseynov özünün sosial şəbəkədəki hesabında yazıb: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı deyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol