Nyu-Yorkda ABŞ dövlət katibi Con Kerri və Türkiyə XİN başçısı Feridun Sinirlioğlu arasında Rusiyanın Suriyadakı hava əməliyyatları ilə bağlı müzakirələr olub.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlimata görə, görüşdə İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı birgə fəaliyyət barədə bir daha razılığa gəlinib.
Görüşdə həmçinin Kipr müzakirələrinə də toxunulub.
Toplantıdan əvvəl bir jurnalistə açıqlama verən Kerri bildirib ki, Rusiya və ABŞ hərbi rəsmiləri arasında bu gün görüş təşkil olunub və bu görüşlər davam edəcək.
“Biz Rusiyadan ancaq İŞİD-i hədəfə almasını istəyirik. Bunu açıq şəkildə özlərinə dedik”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Şərhlər