Menu

“Ya Avropa İttifaqı bizim üzvlüyümüzdən ümidini kəsdi, ya da...” - Davudoğlu

02.10.2015, 15:35

davudoglu_11015ABŞ səfərindən qayıdan Əhməd Davudoğlu qaçqın problemi ilə bağlı Avropa liderləri ilə apardığı müzakirələr barədə mətbuata danışıb.

AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Davudoğlu Türkiyənin üç ildir danışdığı “təhlükəsiz bölgə” məsələsinin artıq həllinə yaxınlaşdıqlarını bildirib.

O, xüsusilə də Fransanın Türkiyə ilə eyni mövqedə olduğunu qeyd edib.

Türkiyə baş nazirinin sözlərinə görə, artıq “Türkiyə qaçqınlara açıq olacaq, Avropa bağlı olacaq” söhbətləri keçib. O, suriyalıları Suriyada saxlamaq üçün ciddi addımların tələb olunduğunu qeyd edib: “Avropalılar qaçqınların Türkiyədə qalmasını istəyir, amma “gəliş sərbəst olduğu kimi, gediş də sərbəstdir” dedik”.

Baş nazir Aİ-nin Türkiyəyə qaçqınlarla bağlı maddi yardım göstərməkdən boyun qaçırdığını deyib: “Xərcləri paylaşaq kimi bir tələbimiz oldu, qaçqınlar üçün 1 milyard avro Türkiyəyə verəcəkdilər, amma indi bu pulun yalnız Türkiyəyə deyil, bütün qonşulara paylanacağını dedilər. Bu bizim üçün narahat edicidir. Türkiyənin üzvlüyə hazırlanması üçün fonddan ayrılan pulların suriyalı qaçqınlara xərclənməsini tələb etdilər, bu çox dəhşətli bir vəziyyətdir. Mən də dedim ki, “ya siz bizim üzvlüyümüzdən ümidinizi kəsmisiniz, ya da artıq belə bir şey olmayacağına görə, artıq “bu fondları burada istifadə edin” deyirsiniz, bir cibimizdən alıb o biri cibimizə qoyaraq “biz verdik” deyirsiniz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol