FIFA "Qızıl top"a namizəd olan 59 futbolçudan ibarət siyahını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, nüfuzlu mükafata iddiaçılar 25 ölkəni təmsil edir.
Ən çox təmsilçi Argentinadandı. Bu ölkədən Serxio Aquero, Xavyer Maskerano, Lionel Messi, Nikolas Otamendi, Xavyer Pastore və Karlos Teves mübarizə aparacaq. Çili və İspaniyadan hərəyə 5 oyunçu siyahıya düşüb. Bunlar Klaudio Bravo, Aleksis Sançes, Qari Medel, Eduardo Varqas, Arturo Vidal və Dieqo Kosta, David de Xea, Andreas İnyesta, Alvaro Morata, Serxio Ramosdu.
Lionel Messi
Jurnalistlər, məşqçilər və oyunçuların seçiminə əsasən, növbəti mərhələyə 59 futbolçudan 23-ü, final mərhələsinə isə 3 ən yaxşısı çıxacaq. Mükafatlandırma mərasimi 11 yanvar 2016-cı ildə olacaq.
David de Xea
Ötən il "Qızıl top"u Portuqaliya millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Kriştiano Ronaldo qazanıb.


Şərhlər