Menu

Dəhşətli torpaq sürüşməsi: 600 nəfər itkin düşdü

03.10.2015, 08:51
Dəhşətli torpaq sürüşməsi: 600 nəfər itkin düşdü

Qvatemalanın paytaxtında torpaq sürüşməsi nəticəsində 9 nəfər ölüb, 600 nəfər itkin düşüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə gün davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi paytaxt Qvatemalada 120 evi məhv edib.

Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Evsiz qalanlar üçün müvəqqəti sığınacaq məntəqələri yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol