Menu

Rusiyanın 2-ci böyük hava yolu şirkəti iflas edib

05.10.2015, 09:14
Rusiyanın 2-ci böyük hava yolu şirkəti iflas edib

Rusiyanın Aeroflot-dan sonra ən böyük hava yolu şirkəti olan Transaero iflas edib.

"Marja" xəbər verir ki, Rusiya hökuməti borclarını ödəməyən şirkət haqqında rəsmən iflas prosesi açılması qərarını dünən axşam elan edib. Baş nazir Dmitri Medvedev "Başqa çarə qalmamışdı" - deyib.

85 milyard rubla çatan borcların ödənməməsi səbəbindən şirkətin bu gecədən etibarən bütün reyslərini dayandırması gözlənilir.

Transaero-nun sərnişinlərini Aeroflot daşıyacaq. Transaero-nun hava limanlarına olan borcları səbəbindən xarici reyslərdə problemlər yaşanıb. Kommersant-ın xəbərinə görə, dünən səhər Antalyadan Moskva, Omsk və Yekaterinburqa səfət edən üç Transaero təyyarəsi, ödəmə problemləri səbəbindən ləngimə ilə uçub. Oxşar problemin Kiprin Larnaka və Ukraynanın Odessa şəhərindən keçirilən reyslərdə də baş verdiyi bildirilib.

Transaero-nun səhmlərinin böyük hissəsinin Aerflota təhvil verilərək "birləşdirilməsi" planı, bu şirkətin səhmdarları tərəfindən qəbul edilmədiyindən iflas qaçılmaz olub.

Şirkətin zərərinin 300 milyard rubla çatdığı bildirilir. İflas prosesinin turizmə də mənfi təsir edə biləcəyindən qorxulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol