ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada ərəb və kürdlərdən ibarət dəstələrin Raqqaya təzyiqlərini dəstəkləməyi planlaşdırıb.
AzPolitika.info-nun “New York Times”a istinadən verdiyi məlumata görə, ABŞ Przedient Administrasiyasındakı mənbə Suriyanın şimal-şərqində mühüm cəbhə açmaq barədə strateji plan hazırlandığını bildirib.
Mənbənin sözlərinə görə, Barak Obama ötən həftəsonu hücum xarakterli iki mühüm addımın atılmasını təsdiqləyib və yaxın günlərdə bu plan həyata keçiriləcək.
İlk növbədə müxalif qüvvələrə hərbi-texniki dəstəyin və silah-sursat təchizatının artırılması nəzərdə tutulur. Eyni zamanda prezidentin İŞİD mövqelərinə hava zərbələrini artırmaq barədə “Pentaqon”a tapşırıq verib.
Bu plana görə, müxalif ərəb qoşunlarının sayı 3 mindən 5 minə qədər artırılacaq, həmçinin 20 min kürd döyüşçüsü ilə birlikdə İŞİD-in “paytaxt”ı Raqqaya hücum təşkil olunacaq.
Kürd və ərəb dəstələrinin ABŞ-yönümlü koalisiya tərəfindən havadan dəstəklənəcəyi qeyd olunur.
Hücum planının əlavə detallarının bu həftə ərzində dəqiqləşəcəyi deyilir.


Şərhlər