Menu

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı

05.10.2015, 12:57
Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı

Oktyabrın 3-dən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli “Azadlıq” metro stansiyası - akademik Həsən Əliyev küçəsində - Tbilisi prospekti - "Lider TV" - "Elmlər Akademiyası" metro stansiyası - "İçərişəhər" metro stansiyası - 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu isə "Azadlıq" metro stansiyasından - Səməd Vurğun küçəsi - Heydər Əliyev sarayı - “28 may” metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı - “Elmlər Akademiyası” metro stansiyası - “Koroğlu” parkı - “Gənclik” metro stansiyası - “N.Nərimanov” metro stansiyası - Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol