Menu

Seçki debatlarının moderatoru kim olacaq? – Rəsmi

05.10.2015, 14:39
Seçki debatlarının moderatoru kim olacaq? – Rəsmi

Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı təşviqat və təbliğat kampaniyası zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətində namizədlərin debatları zamanı moderatorluq edəcək aparıcı müəyyənləşib.

Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, bulki seçki debatlarına İTV-nin ictimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu moderatorluq edəcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqat oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol