Menu

Türkiyəyə yatırılan xarici sərmayə rekord həddə çatıb

05.10.2015, 16:53
Türkiyəyə yatırılan xarici sərmayə rekord həddə çatıb

Türkiyəyə yatırılan xarici sərmayə 2007-ci ildən bəri rekord həddinə çatıb.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, bu ilin iyul ayında Türkiyəyə xarici sərmayə yatırımı 3 milyard 392 milyon dollar təşkil edib.

Bu rəqəm 2007-ci ilin yanvar ayından bəri 101 ay içində ən yüksək göstərici olub.

Bu ilin yanvar-iyul aylarında isə Türkiyəyə xarici sərmayə yatırımı ötən ilin analoji dövrünə görə 22,1 faiz artımla 8 milyard 175 milyon dollar olub.

20070-ci ilin yanvar ayında Türkiyəyə birbaşa xarici sərmayə yatırımı 6 milyard 453 milyon dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol