Menu

NATO baş katibi Türkiyə ilə bağlı təcili iclas çağırır

05.10.2015, 16:57
NATO baş katibi Türkiyə ilə bağlı təcili iclas çağırır

"NATO Türkiyənin təhlükəsizliyinə ciddi yanaşır. Vəziyyəti müzakirə etmək üçün bu gün Şimali Atlantik Şurasında iclas çağıracağam."

AzPolitika.info-nun NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq Türkiyə XİN başçısı Feridun Sinirlioğlu ilə görüşündən sonra bildirib.

“Mən indicə Rusiya Federasiyasının Suriyanın içində və ətrafındakı fəaliyyətini, o cümlədən Türkiyənin hava məkanının Rusiyanın döyüş təyyarəsi tərəfindən pozulmasını müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu ilə görüşdüm. Mən bildirdim ki, NATO Türkiyənin təhlükəsizliyinə ciddi əhəmiyyət verir. Bu gün məsələ ilə bağlı Şimali Atlantik Şurasında iclas çağıracağam”, - deyə Y.Stoltenberq vurğulayıb.

O vurğulayıb ki, Rusiyanın hərəkətləri regionda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına xidmət etmir.

“Mən Rusiyanı NATO-nun hava məkanına tamamilə hörmət etməyə və alyans içində gərginliyi artırmaqdan çəkinməyə çağırıram. Rusiyanı İŞİD-lə mübarizədə öz səylərini beynəlxalq birliklə birləşdirməyə səsləyirəm”, - deyə NATO baş katibi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol