Menu

Rusiya tərəfindən izahat almışıq – Türkiyənin Moskvadakı səfirliyi

05.10.2015, 18:23
Rusiya tərəfindən izahat almışıq – Türkiyənin Moskvadakı səfirliyi

Rusiya tərəfi Türkiyənin hava sərhədlərinin pozulması ilə bağlı Ankaraya izahat təqdim edib.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.

Səfirlikdən qeyd olunub ki, “insidentdən sonra Rusiya tərəfi səfirliyə aydınlaşdırıcı məktub göndərib”.

Bu “izahat”la bağlı Türkiyə mətbuatında da yayılan məlumatlara görə, rəsmi Moskva rus döyüş təyyarəsinin Türkiyə hava sərhədlərini pozmasının naviqasiya problemindən yarandığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol